Almaniyada mühacirlər “Əliyevlərin ailə diktaturasını tanıdaq” adlı kampaniyaya başlayıblar

Onların sözlərinə görə, bu aksiya çərçivəsində Almaniyanın əksər şəhərində toplaşacaqlar.

Source: Specify Source


Kampaniya çərçivəsində 3 şəhərdə aksiya keçirilib

Fevralın 8-də Almaniyada yaşayan bir qrup azərbaycanlı “Alman cəmiyyətinə Əliyevlərin ailə diktaturasını tanıdaq” adlı kampaniya çərçivəsində 3 şəhərdə aksiya keçirib. Wuppertal, Remscheid və Solingen kimi kiçik şəhərlərdə baş tutan aksiyada 15-dək azərbaycanlı mühacir iştirak edib. Bu barədə Meydan TV-yə aksiyanın təşkilatçılarından Nadir Rzayevlə Elmir Qənbərov məlumat verib. Onların sözlərinə görə, aksiyanın məqsədi Azərbaycan haqqında alman cəmiyyətinə ətraflı məlumat verməkdir.

“Biz heç bir qrupa bağlı deyilik, müstəqil şəkildə ölkədəki vəziyyəti alman cəmiyyətinə tanıtmaq istəyirik. İstəyirik hətta Almaniyanın kiçik şəhərlərində belə neft ölkəsi kimi tanıdıqları Azərbaycanda diktaturanın hökm sürdüyünü, bütün sərvətin bir ailənin əlində cəmləşdiyini, həbsxanalarda nə qədər günahsız insanların cəza çəkdiyini, eləcə də siyasi məhbusların sayının az olmadığını bilsinlər. İstəyirik ki, Azərbaycan da Almaniya kimi bir güclü, demokratik ölkəyə çevrilsin. Bunun üçün beynəlxalq təşkilatların, avropalı cəmiyyətin qınağı, təpkisi də lazımdır. Məqsədimiz buna nail olmaqdır”, – deyə təşkilatçılar bildiriblər. Onların sözlərinə görə, bu aksiya çərçivəsində Almaniyanın əksər şəhərində toplaşacaqlar.

Ana səhifəSiyasətAlmaniyada mühacirlər “Əliyevlərin ailə diktaturasını tanıdaq” adlı kampaniyaya başlayıblar