Ali Məhkəmə Meydan TV ilə bağlı qərar qəbul edib

Ali Məhkəmədə sentyabrın 10-da hakim Ələsgər Əliyevin sədrliyi ilə Apelyasiya Məhkəməsinin Meydan TV barəsində qətnaməsi tam ləğv edilib

Foto: Meydan TV


İş Apelyasiya Məhkəməsinə göndərilib

Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin Meydan TV ilə bağlı qərarını ləğv edib. Proses sentyabrın 10-da hakim Ələsgər Əliyevin sədrliyi ilə keçirilib. İş yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Məlumatı Meydan TV-yə vəkil Elçin Sadıqov verib.

Vəkil bildirib ki, Səbail Rayon Məhkəməsi 2017-ci il 12 may tarixli qətnaməsi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Meydan TV-nin yayımının məhdudlaşdırılması haqda müraciətini təmin edib.

Bakı Apelyasiya Məhkəməsi

isə 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə əvvəlki instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

Ana səhifəSiyasətAli Məhkəmə Meydan TV ilə bağlı qərar qəbul edib