Ali Məhkəmə Emin İbrahimovun şikayətini təmin etməyib

Emin İbrahimov. İllüstrasiya: Meydan TV

Fevralın 25-də Ali Məhkəmədə hazırda həbsdə olan keçmiş diplomat Emin İbrahimovun barəsindəki hökmdən verdiyi kassasiya şikayətinə baxılıb.

Məhkəmə İbrahimovun şikayətini təmin etməyib, hökm qüvvədə saxlanılıb. 

İbrahimov 2025-ci aprelin 12-də 7 il müddətinə azadlıqdan məhrum edilib. 

Keçmiş diplomat 2024-cü il iyulun 22-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-cı (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. O, Kamal Şükürov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Lakin Emin İbrahimov ümumiyyətlə, əlində bıçaq olmadığını, şərlənərək həbs edildiyini bildirir.

Ana səhifəSiyasətAli Məhkəmə Emin İbrahimovun şikayətini təmin etməyib