Aktyor həyat yoldaşının uduzduğu 15 milyon dolları bağışlaya bilər

Conni Depin məqsədi pul almaq yox, reputasiyasını bərpa etmək olub

Amerika aktyoru Conni Depp keçmiş həyat yoldaşı, aktrisa Ember Herdin məhkəmədə uduzduğu 15 milyon dollar təzminatı bağışlaya bilər.

Aktyorun vəkilləri Kamilla Vaskes və Benjamin Çu bu haqda açıqlama veriblər.

Bildiriblər ki, Deppin məqsədi keçmiş həyat yoldaşından pul almaq yox, öz reputasiyasını bərpa etmək olub.

Vəkillər həmçinin qeyd ediblər ki, Depp 15 milyon dollar təzminatı Ember Herd apilyasiya şikayəti etmədiyi təqdirdə bağışlayacaq.

2022-ci il iyunun 2-də Conni Depplə keçmiş həyat yoldaşı Ember Herd arasındakı diffamasiya iddiası (şərəf və ləyaqəti alçaldaraq təhqir etmək, uydurma xəbərləri kütləvi formada yaymaq) başa çatıb.

Virciniya məhkəməsi Herdin Deppə qarşı böhtan atdığı qənaətinə gəlib.

Məhkəmə qərarına əsasən, Herd Deppə 15 milyon dollar təzminat ödəyəcək.

Aktyor Conni Depp və aktrisa Ember Herd 2015-ci ildə evləniblər, bir il sonra isə boşanıblar.

Ana səhifəXəbərlərAktyor həyat yoldaşının uduzduğu 15 milyon dolları bağışlaya bilər