Aksiyanı dayandırmamaq üçün avtomobilini satışa çıxaran vətəndaş

Telavili etirazçı Vano Deminaşvili artıq bir ildən çoxdur ki, hər axşam yaşadığı kənddən şəhərin mərkəzinə gələrək Gürcüstanda davam edən fasiləsiz etiraz aksiyasına qoşulur.

Uzunmüddətli etiraz Vano Deminaşvilinin maddi vəziyyətinə təsir göstərib və o, aksiyanı dayandırmamaq üçün avtomobilini satışa çıxarmağa məcbur qalıb.

Bundan xəbər tutan Kvemo Kartli fəalları ianə toplayaraq avtomobili alıblar və Vanoya sürpriz olaraq elə aksiyadaca maşınını özünə qaytarıblar.

Ana səhifəXəbərlərAksiyanı dayandırmamaq üçün avtomobilini satışa çıxaran vətəndaş