Aksiya baş tutdu, saxlanılanlar var (Yenilənib)

Aksiya zamanı saxlanılan 26 nəfərin hamısının sərbəst buraxıldığı bildirilir.

+++

Aksiyaçılar “Kriminal dövlət istəmirik”, “Öldürmə ədaləti, dayandır cinayəti” şüarları ilə meydana çıxıblar

14 may, saat 15.00-da Bakının Fəvvarələr Meydanında təyin edilən aksiya baş tutub.

Aksiya qərarı jurnalist Aytən Məmmədova yaşadığı binanın liftində soyuq silahlı təhdidlə üzləşdikdən sonra qərarlaşdırılıb.

Aksiyanın Təşkilat Komitəsinə 24 ictimai fəal daxildir. Təşkilatçılar bildiriblər ki, bu aksiyaya son vaxtlar jurnalist Aytən Məmmədovaya silahlı təhdid, gənc fəal Bəxtiyar Hacıyevin oğurlanaraq döyülüb, təhqir edilməsi və başqa bu kimi olaylara etiraz məqsədi ilə planlaşdırılıb.

Aksiyaçılar “Kriminal dövlət istəmirik”, “Öldürmə ədaləti, dayandır cinayəti” şüarları ilə meydana çıxıblar.

Polis aksiyaçılara müdaxilə edib, saxlanılanlar var.

Aksiyaçılar arasında siyası fəal Tofiq Yaqublu da var. Polis onunla dayanmış bir neçə nəfəri əhatəyə alıb. Tofiq Yaqublu aksiyanın dinc xarakter daşıdığını, siyasi cinayətlərə etiraz üçün toplaşdıqlarını deyib.

Polis aksiyaçıları mühasirəyə alaraq hərəkətlərinə imkan vermir. Aksiya iştirakçısı, hüquq müdafiəçisi Rüfət Səfərov Meydan TV-yə deyib ki, Daxili İşlər Nazirliyinin qarşısına gedərək, orada tələblərini səsləndirmək və dinc aksiyanı yekunlaşdırmaq istəyirlər. Ancaq polislər buna imkan vermirlər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Kütləvi informasiya vasitələri (KİV) və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev öncədən bildirmişdi ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaq.

Ana səhifəSiyasətAksiya baş tutdu, saxlanılanlar var (Yenilənib)