AİHM-də: Baş nazir ölkəsinə qarşı

Foto: Meydan TV

Paşinyan təzminat istəməyib

Yanvarın 18-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistanın Baş naziri Nikol Paşinyanın şikayəti ilə bağlı qərar qəbul edib.

AİHM-nə 2007-ci ildə təqdim edilmiş “Nikol Paşinyan Ermənistana qarşı” işlə bağlı qərarda məhkəmə Nikol Paşinyanın azadlıq və toxunulmazlıq, eləcə də birləşmək hüququna müdaxilənin baş verdiyinə qərar verib.

Baş nazir tələb etmədiyindən, məhkəmə təzminat müəyyən etməyib.

Şikayətin predmeti 2007-ci ildə Nikol Paşinyan “Armenian Times” qəzetinin redaktoru olduğu zamanlarda baş verib.

N. Paşinyan seçkiyə hazırlaşan Ermənistanın prezidenti Levon Ter-Petrosyanın aktiv dəstəkçisi və onun seçki qərargahının üzvü olub.

Həmin vaxt jurnalist olan Paşinyan bir qrup Ter-Petrosyan tərəfdarı ilə birgə yaxınlaşan mitinqlə bağlı insanları bilgiləndirmək məqsədilə küçə-küçə dolaşarkən polis hücumuna məruz qalıb.

Nəticədə o saxlanılıb. Daha sonra polisin qanuni tələbinə əməl etməmək, söyüş söyməkdə günahlandırılıb.

Nəticədə Paşinyana polisə xəsarət yetirmək ittihamı ilə cinayət işi açılıb, açıq saxlanılmışdı.

2008-ci ildə seçkilərini Sarqsyanın qazanmasından sonra Yerevanda Ter-Petrosyanın seçkinin nəticələrinin ləğv edilməsini tələb edən tərəfdarlarının etiraz aksiyaları başlanıb, Paşinyan həmin aksiyaların öndə gedən simalarından olub.

Aksiyalarda qarşıdurma, həbslər baş verib, çevriliş cəhdi, polisə hücum, xəsarət və başqa ittihamlarla cinayət işi açılıb.

Həmin vaxt Paşinyan gizlənib, barəsində axtarış elan edilib.

2009-cu ildə təslim olan Paşinyan haqqında əvvəlcə məhkəməyə qədər həbs tədbiri seçilib.

Sonra o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Paşinyan AİHM qarşısında iddia edib ki, Ermənistan məhkəmələri onun azadlıq və toxunulmazlıq, ifadə azadlığı, toplaşmaq hüququna müdaxilə edib.

Ana səhifəDünyaAİHM-də: Baş nazir ölkəsinə qarşı