Aİ-Azərbaycan: Modernləşmə oyunu

“Mehdiyevin modernləşmə konsepsiyasında korrupsiya və inhisarçılıqla mübarizə barədə heç nə deyilməməsi onu göstrərir ki, Azərbaycanın hakim elitası total korrupsiyaya uğramış hakimiyyət sistemi çərçivəsində çox orijinal “milli modernləşmə modeli” görür”

Source:



“Mehdiyevin modernləşmə konsepsiyasında korrupsiya və inhisarçılıqla mübarizə barədə heç nə deyilməməsi onu göstrərir ki, Azərbaycanın hakim elitası total korrupsiyaya uğramış hakimiyyət sistemi çərçivəsində çox orijinal “milli modernləşmə modeli” görür”



Avropa İttifaqı ilə Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində “strateji modernləşmə” kod adlı yeni ikitərəfli əməkdaşlıq modeli seçir. Avrokomissiyanın rəhbəri Joze Manuel Barrozu 14 iyunda Bakıya səfəri zamanı deyib ki, tərəflər yaxın aylarda strateji modernləşmə üzrə tərəfdaşlıq haqda saziş imzalayacaqlar.

Beləliklə, “Şərq Tərəfdaşlığı” proqramının bir çox müddəalarına, o cümlədən demokratikləşmə, insan haqları və azadlıqlarına əməl etməyən Azərbaycan hökumətinə özünü doğrultmayan Rusiyanın “medvedev modeli” sırınır.

İlk dəfə Dmitri Medvedev 2008-ci ildə prezident seçiləndən sonra bu termini demədən Rusiyanın modernləşməsindən danışıb. Onun yeni strategiyası Rusiyanın siyasi və iqtisadi modernləşməsini, vətəndaş cəmiyyəti institutlarının inkişafını, müxalifət üçün şəraitin yaradılmasını nəzərdə tuturdu.

2008-ci ilin noyabrında Federal Yığıncaq qarşısında çıxış edən Medvedev siyasi modernləşmənin əsas tezislərini formalaşdırıb. Bunların çoxu seçki qanunvericiliyində islahatlarla bağlı idi. 2009-cu ilin dekabrında o, ilk dəfə  “modernləşmə” sözünü işlədib, amma texnoloji mənada. Amma 2012-ci ildə hakimiyyətinin sonlarında proqram devalvasiyaya uğradı və onun şefi Putin tərəfindən aradan qaldırıldı.

Bu ideya 2008-ci ilin iyununda proqram Kreml kabinetlərində hazırlanarkən Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən operatif şəkildə təqlid edildi. Mehdiyev ” Modernləşmə xətti yenə gündəlikdədir” məqaləsi ilə cəmiyyəti təəccübləndirdi. O, rejimin əsas ideoloqunun elitadan fərqli olaraq Azərbaycan cəmiyyətinin əhəmiyyətli hissəsinin idrak səviyyəsinin, guya dəyişikliklərə hazır olmayan təhsil mədəniyyətinin yüksəldilməsinin zəruriliyindən bəhs edən digər əsərlərinin davamıdır.

Ramiz Mehdiyev apriori hamıya özünün «təxirə salınmış demokratiya» ilə gələcək versiyasını «təkmilləşdirilmə kursu» ilə əvəzləyərək qəbul

etdirməyə çalışıb və reallıqda da qəbul etdirib. Mehdiyevi Azərbaycanda həqiqi təkmilləşdirmədən çox qeyri-müəyyən müddətə təxirə salınan demokratiyanın sürətləndirilməsindən imtinaya bəraət qazandırmaq maraqlandırırdı. Prezident Administrasiyasının rəhbəri “modernləşmə oyunu”nun uzun davam edən xarakterini dəqiq təmsil edərək müasir neomonarxiya məkanını ardıcıl olaraq rejim üçün təhlükəli olan siyasi prioritetlərdən (söz azadlığı, insan haqları, demokratiya və.s.) təmizləyir.

Səciyyəvidir ki, Mehdiyevin modernləşmə konsepsiyasında korrupsiya və inhisarçılıqla mübarizə barədə heç nə deyilmirdi, bu isə onu göstrərir ki, Azərbaycanın hakim elitası total korrupsiyaya uğramış hakimiyyət sistemi çərçivəsində çox orijinal “milli modernləşmə modeli” görür.

Mehdiyevin məqaləsi dərc ediləndən sonra Azərbaycanın getdiyi yola nəzər salsaq, ehtimal etmək olar ki, Əliyev Barrozuya Medvedevin modernləşmə planını təklif edib. Medvedevin prezidentliyinin sonunda bu planın siyasi vəzifələrdən təmizlənmiş 10 istiqaməti var idi:

1. İri dövlət aktivlərinin özəlləşdirilməsi,

2. Əcnəbilərlə birgə suveren investisiya fondları yaradılması,

3. Maliyyə sektorunun inkişafı,

4. Rusiyanın Ümumdünya Ticarət Təşkilatına daxil olması,

5.  «Sənaye parkı» çərçivəsində innovasiya, sahibkarlıq və vençur investisiyalar imkanı yaradılması,

6. Energetika sektoru innovasiyaların əsası kimi,

7. Texnologiyalar transfertinə çalışmaq,

8. Bütün ölkədə genişzolaqlı internetə çıxışın təmin edilməsi,

9. Vətəndaşların uğuru üçün şəxsi şəraitin kombinasiyası (insan kapitalı),

10. İri miqyaslı infrastruktur, o cümlədən idman layihələri.

Azərbaycanda bu vəzifələrin bir hissəsi artıq işləyir, bir hissəsi isə hazırlanır. İndiyədək Aİ-nin iştirakı olmadan həyata keçirilən müvəqqəti modernləşmə oyunu artıq hakimiyyət üçün demokratik proseslərin və Qərbin təzyiqlərinin qarşısını almaq üçün vacib alətə çevrilib. Bu vəziyyət şəxsi maraqları dövlət maraqları ilə çulğalaşan və özünə krallar kimi “Dövlət Mənəm” deməyə müsaidə edən Əliyevin şəxsi strategiyasına tam cavab verir.

Azərbaycan XXI əsrdə çox ciddi problemlərlə üzləşib. Onların çoxu korrupsiyaya uğramış hakim rejimin oliqarx və avrtoritar maraqlarına çox da cavab verməyən prioritet siyasi qərarların qəbul edilməsini tələb edir (hüsusən permanent neft faktoru və neft pullarının ahını şəraitingə).

Aİ-nin “strateji modernləşmə” “tərəfdaşlığı” çərçivəsində bu problemləri çözə biləcəyi suallar doğurur. Aİ-Azərbaycan tərəfdaşlığı təcrübəsi nəzərə alınanda belə bir əsaslı nəticəyə gəlirsən: əgər modernləşmə baş versə, bu, ehtimal ki, azərbaycansayağı – korrupsiya və inhisarçılıqla mübarizə imitasiyası səviyyəsində olacaq.

Ana səhifəXəbərlərAİ-Azərbaycan: Modernləşmə oyunu