Prezident İlham Əliyev mayın 21-də İmişli və Ağstafa rayonlarına yeni icra başçılarını təyin edib.
Dövlət başçısının sərəncamlarına əsasən İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Elçin Rzayev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə isə Seymur Orucov təyin ediliblər.
E.Rzayev buna qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini tuturdu. Ağstafa rayonuna icra başçısı təyin edilən Seymur Orucov isə Yeni Azərbaycan Partiyasının Gənclər Komitəsinin sədridir. O 1984-cü ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinidə oxuyub. 2007-ci ildə magistraturanı bitirib. Elə həmin ildən kafedranın aspirantı və müəllimi olub. 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib.
Ağstafa və İmişli rayonlarının icra başçıları Nizaməddin Quliyev və Vilyam Hacıyev müvafiq olaraq 2019-cu ilin dekabrında və 2020-ci ilin may aylarında DTX-nin antikorrupsiya əməliyyatları çərçivəsində
həbs olunublar
. Onlar rüşvət, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham edilirlər.