Robert Cekuta hazırda Dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin böyük müavinidir
İyulun 8-də Ağ Ev elan edib ki, Azərbaycana növbəti ABŞ səfiri olaraq Robert Cekutanın namizədliyini irəli sürmək niyyətindədir.
Robert Cekuta hazırda Dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin böyük müavini işləyir.
O, əvvəllər ABŞ-ın Əfqanıstan, Yaponiya və Almaniyadakı səfirliklərində müxtəlif vəzifələrdə çalışıb.
2012-ci ilin iyunundan ABŞ-ın Azərbaycandakı səfiri olan Robert Morninqstarın səlahiyyət müddəti bu yay başa çatır.
Robert Cekuta-nın namizədliyini ABŞ Senatının təsdiqləməsi lazımdır (Azadlıq Radiosu).