ADIF: Əmanətçilərə 551,510 milyon manat kompensasiya ödənib

2020-ci il aprelin 26-da Mərkəzi Bank “AtaBank” ASC, “AmrahBank” ASC, “AGBank” ASC və “NBCBank” ASC-yə inzibatçı təyin etmişdi.

Source: Specify Source


Ödəmələrin “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin əmanətçilərinə verildiyi bildirilir

Ləğv edilən bankların əmanətçilərinə 551,510 milyon manat kompensasiya ödənib.

Ödəməni Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) həyata keçirib. Həmin əmanətçilər “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərə qorunan əmanətlər yerləşdiriblər.

ADIF-ın bununla bağlı məlumatında deyilir ki, “Atabank”ın 9,5 min əmanətçisi 221 milyon manat, “Amrah Bank”ın 5,7 min əmanətçisi 133,8 milyon manat, “AGBank”ın 4,3 min əmanətçisi 81,5 milyon manat, “NBC Bank”ın isə 4 min əmanətçisi 115,2 milyon manat kompensasiya alıb.

2020-ci il aprelin 26-da Mərkəzi Bank "AtaBank" ASC, "AmrahBank" ASC, "AGBank" ASC və "NBCBank" ASC-yə inzibatçı təyin etmişdi. Mayın 1-də "Atabank" və "AmrahBank"ın lisenziyası ləğv edilib.

Daha sonra, mayın 12-də də "AGbank" və "NBCBank"ın lisenziyaları da ləğv olunub.

"Atabank" və "AmrahBank"ın lisenziyaları ləğv edilərkən Mərkəzi Bank belə açıqlama vermişdi: "Qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlamışdı, xüsusən "Atabank" ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi".

Qalan iki bankın da lisenziyasının ləğvi, əsasən, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilmişdi. Amma həmin qurumlardan bu dəyərləndirməyə hər hansı bir münasibət bildirilməmişdi.

2015-ci ildə isə Azərbaycanda iki devalvasiyanın baş verməsi (Dünyada neftin qiyməti kəskin ucuzlaşandan sonra) və manatın dollar qarşısında iki dəfə dəyər itirməsi nəticəsində bank sektorunda təlatümlər özünü göstərmişdi.

Onda 10-dan çox bank bağlanmışdı. Bu da onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilirdi. Həmin banklarda qorunan əmanətlərin qaytarıldığı açıqlanıb.

Hazırda Azərbaycanda 26 bank var.

Ana səhifəİqtisadiyyatADIF: Əmanətçilərə 551,510 milyon manat kompensasiya ödənib