“American Airlines” səbəbi “texniki nasazlıq”la əlaqələndirib
Amerikanın ən böyük hava yolu şirkəti “American Airlines” “texniki nasazlıq” səbəbindən ABŞ-yə uçuşları dayandırdığını açıqlayıb.
“Reuters” xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyası şirkətin uçuşlarının dayandırılmasını təsdiqləyib.
“Hazırda “American Airlines”ın bütün uçuşlarında texniki problem yaşayırıq. Sizin təhlükəsizliyiniz bizim əsas prioritetimizdir. Problem aradan qaldırılan kimi biz sizi salamat və sağlam şəkildə təyinat ünvanınıza çatdıracağıq”, – şirkətin “X” sosial şəbəkəsindəki mesajında deyilir.
Digər sosial media istifadəçilərinin suallarına cavab olaraq aviaşirkət problemin aradan qaldırılmasının nə qədər vaxt aparacağını təxmin edə bilməyəcəyini bildirib.
Daşıyıcı dəqiq nə baş verdiyini açıqlamayıb.