ABŞ, Ukrayna və Rusiya

Mənbə: https://inform-ua.info/

Başlıq: ABŞ, Ukrayna və Rusiya

ABŞ və Rusiya rəsmiləri Ukraynadakı gərginliyi müzakirə ediblər

Moskva məlumatı təsiqləyir, Vaşinqton susur

Rusiya və ABŞ rəsmiləri Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə ediblər.

Bu barədə TASS Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkova istinadən məlumat yayıb, ancaq Vaşinqton məlumatı təsdiqləməyib.

Məlumatı "Azadliq" Radiosu yayıb.

Ötən gün ABŞ Dövlət Departamenti Moskvadan regionda hərbi hərəkətlər daxil olmaqla “provokasiyaları”na izahat tələb edirdi.

Rəsmi Kiyev isə aprelin 6-da son 24 saat ərzində Rusiyanın dəstəklədiyi qüvvələrin iki ukraynalı hərbçini öldürdüyünü bildirib.

London da Moskvanın Ukrayna sərhədindəki hərəkətindən narahatlığını ifadə edib.

Baş naziri Boris Conson deyib ki, o, Rusiyanın Ukrayna ilə sərhəddə hərbi qüvvə cəmləşdirməsindən son dərəcə narahatdır.

Conson Ukrayna prezidenti Zelenski ilə telefon söhbətində ölkəsinin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə “sarsılmaz dəstəyini” bir daha bəyan edib.

Zelenski isə Birləşmiş Krallıqdan ölkəsindəki hərbi mövcuddiyyətin gücləndirməsini istəyib.

"Rusiyanın indiki hərəkətləri Ukraynanın, NATO ölkələrinin və bütünlükdə Avropanın təhlükəsizliyinə hədədir”, - Zelenski belə deyib.

O habelə Qərb ölkələrini Rusiyaya onun sabitsizləşdirici hərəkətlərinə görə daha sərt sanksiyalar qoymağa və Ukraynanı NATO-nun Üzvlük Hərəkəri Planına qoşmağa çağırıb.

ABŞ prezidenti Co Bayden Zelenski ilə aprelin 2-də telefonla danışıb.

Bu, ABŞ prezidentinin ukraynalı həmkarı ilə ilk təması olub.

Baş verən gərginliyə baxmayaraq, Moskva Ukrayna sərhədi yaxınlığında hərbi qüvvə cəmləşdirməsini manevrlərə hazırlıqla izah edib.

Vaşinqton isə bunu Ukraynanın təhdid edilməsi adlandırıb.

Rusiya Ukraynanın NATO-ya qoşulması əleyhinədir və NATO-nu Ukraynaya dəstək üçün qoşun göndərməkdən çəkinməyə çağırıb.

2014-cü ildən Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçılar silahlı münaqişəyə başlayıb.

Son 7 ildə münaqişədə 13 min adam ölüb.

Rusiya Ukraynadan separatçıların nəzarətində olan ərazilərə muxtariyyət verilməsini tələb edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/gj6sh1

Ən çox baxılan