ABŞ Ukraynadakı diplomatlarının ailələrini geri çağırır

ABŞ-nin Ukraynadakı səfirliyi, Mənbə: Review News/shutterstock

Dövlət Departamenti: “Rusiyanın hərbi müdaxiləsi hər an baş tuta bilər”

ABŞ Dövlət Departamenti Ukraynadakı amerikalı diplomatların ailələrindən ölkəni tərk etmələrini istəyib.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, ABŞ-ın Kiyevdəki səfirliyi də Rusiyanın hərbi müdaxiləsinin hər an baş tuta biləcəyini açıqlayıb.

Səfirlik qeyd edib ki, hərbi müdaxilə baş verəcəyi təqdirdə Amerika vətəndaşlarının evakuasiyası mümkün olmaya bilər: “Səfirlik hazırda Ukraynada olan ABŞ vətəndaşlarından ölkədən çıxışlarını planlaşdırmağı xahiş edib”.

“Bu bəyanat göstərir ki, Vaşinqtonda Rusiyanın Ukraynaya müdaxilə etməsi ilə bağlı ehtimallar böyükdür”, – deyə sayt yazıb.

Məqalədə Britaniya Xarici İşlər Nazirliyinə istinadən qeyd olunub ki, Rusiya Moskvayönlü ukraynalı siyasətçi Yevgeni Murayevi ölkə rəhbərliyinə gətirmək niyyətindədir: “Böyük Britaniyanın xarici işlər naziri Liz Truss deyib ki, biz Kremlin Ukraynada rusiyayönlü liderlik yaratmaq planına dözməyəcəyik”.

Amma Rusiya Xarici İşlər Nazirliyi bu iddianı “dezinformasiya” kimi qiymətləndirib.

Rəsmi Moskva bildirib ki, NATO Ukraynada gərginliyi artırır.

Rusiya 2014-cü ilə Ukraynanın Krım yarımadasını ilhaq edərək ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb.

O vaxtdan münaqişədə 13 min 200-dən çox adam öldürülüb.

Moskva isə Ukraynaya hücum planı olmadığını deyir.

Kreml NATO-nu Ukraynanı üzvlüyə qəbul etməyi planlaşdırmaqda suçlayır.

Ana səhifəDünyaABŞ Ukraynadakı diplomatlarının ailələrini geri çağırır