ABŞ səmasında təyyarə qəzası: ölənlər barədə dəqiq məlumat yoxdur

Şərti şəkil, Foto: arxiv

İlkin ehtimala görə, təyyarədə 4 nəfər olub

Vaşinqton hava məkanında uçan təyyarə Virciniya ştatında qəzaya uğrlayıb.

Qəza nəticəsində sağ qalanların olmadığı bildirilir.

Qəza barəsində məlumat verən Virciniya əyalət polisi bildirib ki, ilkin ehtimala görə, təyyarədə 4 nəfər olub.

Lakin qəzaya düşən təyyarə “Cessna Citation” 7-12 nəfər aralığında sərnişin daşıya bilər.

“Flight Aware” uçuş izləmə saytına görə, “Cessna” Florida ştatının Melburn şəhərindəki “Encore Motors” şirkətində qeydiyyatdan keçib.

“Encore” şirkətinin sahibi Con Rumpel “Washington Post” qəzetinə bildirib ki, təyyarədə qızı, nəvəsi və dayəsi olub.

Biz qəza haqqında heç nə bilmirik. Danışıqlar davam edir”, – deyə o bildirib.

Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) bəyanatında deyilir ki, “Cessna” Virciniya ştatındakı Corc Vaşinqton Milli Meşəsi yaxınlığında qəzaya uğrayana qədər ABŞ ordusu təyyarənin zənglərə cavab verməyən pilotu ilə əlaqə saxlamağa çalışıb.

Məsələ ilə tanış olan başqa bir mənbə “Cessna”nın avtopilotla uçduğunu söyləyib.

Təyyarənin niyə reaksiya vermədiyi, qəzaya hansı səbəbdən düşdüyü və göyərtəsində dəqiq neçə nəfərin olduğu barədə hələlik rəmi məlumat yoxdur.

Ana səhifəDünyaABŞ səmasında təyyarə qəzası: ölənlər barədə dəqiq məlumat yoxdur