ABŞ səfiri Anım Günü Şəhidlər xiyabanına gedib

“27 sentyabr – Anım Günü, keçənilki münaqişədə həyatlarını itirənləri anaraq ailələrinə və yaxınlarına başsağlığı verirəm”.

Source: Specify Source


Örl Litzenberger II Qarabağ müharibəsində həlak olanları ziyarət edib

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger sentyabrın 27-də İkinci Şəhidlər xiyabanında 44 günlük müharibədə (II Qarabağ müharibəsi) həlak olanların xatirəsini yad edib.

Bu barədə səfirliyin "Twitter" hesabında məlumat yayılıb.

Bildirilir ki, səfir Örl Litzenberger keçən il baş verən qarşıdurmada həyatını itirənlərin xatirəsini ehtiramla yad edib: "Ötən il və illər ərzində Qarabağ münaqişəsində ölən və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk".

Böyük Britaniyanın və İsrailin Azərbaycandakı səfirlikləri paylaşım ediblər.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp belə yazıb: "27 sentyabr – Anım Günü, keçənilki münaqişədə həyatlarını itirənləri anaraq ailələrinə və yaxınlarına başsağlığı verirəm".

İsrailin Bakıdakı səfirliyi qeyd edib ki, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirir: "Müharibə qurbanlarının xatirəsini ehtiramla yad edir, bölgəyə sülh diləyir və qurbanların ailələrinə başsağlığımızı çatdırırıq".

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəSiyasətABŞ səfiri Anım Günü Şəhidlər xiyabanına gedib