ABŞ seçkilərinin Azərbaycan üçün nəticəsi nə ola bilər?

Bu gün – noyabrın 5-də ABŞ-də tarixi prezident seçkisi keçirilir. Amerikalılar demokrat Kamala Harris və Azərbaycanda daha yaxşı tanınan respublikaçı Donald Trump arasında seçim etməli olacaqlar. 

Prezident İlham Əliyev keçmişdə qudası ilə biznes ortağı olan Trampın qalib gəlməsini istədiyini gizlətməyib. 

Adətən, yerli mediada Demokratlar ermənipərəst damğası alsa da, kampaniya dövründə Donald Tramp erməni icmasına dəstəyilə diqqət çəkib. Tramp indiki administrasiyanı, özəlliklə seçkilərdəki rəqibi Kamala Harrisi ermənilərin Qarabağı tərk etməsinə görə suçlayıb. O, Prezident seçilərsə, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyacağını bildirib.

Mövzu demokratiyaya gəldikdə isə, siyasi şərhçi Şahin Cəfərli düşünür ki, hər iki namizədin bu istiqamətdə siyasəti bənzərdir. Demokratların da xarici siyasətində insan haqları məsələsi ritorika səviyyəsində yer alır. Ən yaxşı halda ABŞ səfirliyi Azərbaycandakı repressiyalarla bağlı narahatlığını ifadə edəcək.

Ana səhifəVideoABŞ seçkilərinin Azərbaycan üçün nəticəsi nə ola bilər?