ABŞ Rusiyanın üzünə hava məkanını qapatdı

Co Bayden, Mənbə: lev radin/shutterstock

Co Biden: “İndi isə oliqarxların arxasınca getmək vaxtıdır”

Martın 1-i gecə saatlarında ABŞ Prezidenti Co Biden elan etdi ki, ABŞ Rusiya təyyarələrinə hava məkanını bağlayır. O, həmçinin Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq rus oliqarxlarının arxasınca gedəcəyinə də söz verib.
“Bu addımlar Vladimir Putini daha da təcrid edəcək. Hazırda rubl 30 faizdən çox dəyər itirib. Rusiya fond bazarı isə dəyərinin 40 faizini itirib və ticarət dayandırılıb. Rusiya iqtisadiyyatı çökür və günahkar təkcə Putindir”.

Bayden deyib ki, ABŞ Ədliyyə Nazirliyi, həmçinin Avropadan olan müttəfiqlərlə birgə rusiyalı oliqarxların cinayətlərini, onların sərvətinin mənşəyini araşdırmaq üçün xüsusi qrup yaradacaq:
“Biz onların yaxtalarını, lüks mənzillərini, şəxsi təyyarələrini tapacağıq. Biz onların bütün qanunsuz qazanclarını üzə çıxaracağıq”.
Bu elanlar Rusiyaya qarşı sanksiyaların sonuncusudur və bu həftə Kanada və Avropa İttifaqının oxşar hərəkətlərindən sonra gəlir.
Bayden Putinə xəbərdarlıq edib. Bildirib ki, bu sanksiyaların da nəticələri olmasa, daha ağır addımlar atılacaq:

“Tarixdən dərs almışıq: diktatorlar təcavüzlərinin əvəzini ödəmədikdə, daha çox xaosa səbəb olurlar. Onlar daha ağır nəticələri olan addımlar atırlar. Bu isə bütün dünyaya təhdiddir”, – Bayden deyib.
Fevralın 27-də Avropa İttifaqı və Kanada hava məkanlarını Rusiya aviaşirkətləri və varlı ruslara məxsus şəxsi təyyarələr üçün bağladıqlarını açıqlayıb.
Rusiyanın ən böyük aviaşirkəti “Aeroflot” Kanadanın qərarına görə fevralın 28-də Nyu-York, Vaşinqton, Mayami və Los-Ancelesə uçuşlarını dayandırıb.
Hazıda ABŞ aviaşirkətləri də Rusiyaya uçmur, baxmayaraq ki, Hindistana bir neçə reys Rusiyanın hava məkanından keçir. “American Airlines” Rusiya hava məkanından qaçmaq üçün Dehli və Nyu York arasında tək reysini həyata keçirir. “FedEx” və “UPS” hər ikisi Rusiya üzərindən uçur, baxmayaraq ki, bu həftə sonu həmin ölkəyə çatdırılmaları dayandırdıqlarını elan ediblər.

ABŞ aviadaşıyıcılara baxanda Avropa şirkətləri Rusiya hava məkanından daha çox istifadə edir. “Cirium” aviasiya statistikası firmasının məlumatına görə, müharibədən əvvəl Avropaya və ya Avropaya təxminən 600 uçuş Rusiya hava məkanından keçib.
Aviasiya ekspertləri hesab edirlər ki, Rusiya öz hava məkanından istifadə etmək və ya hava limanlarında eniş etmək üçün aldığı rüsumlardan böyük məbləğdə pul əldə edir.
ABŞ, Avropa və digər ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Rusiya iqtisadiyyatına zərbə vuracağı gözlənilir.
Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib.
Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.
İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər. Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəSiyasətABŞ Rusiyanın üzünə hava məkanını qapatdı