ABŞ Ramiz Mehdiyevin dediklərini saxta adlandırdı

Rəsmi Vaşinqton Ramiz Mehdiyevin ittihamlarını rədd etdi

Source:

Bir qədər əvvəl ABŞ Dövlət Departamentinin gündəlik brifinqi keçirilib. Brifinqdə ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki Amerikanın Səsinin müxbiri Scott Stearns-ün Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Milli Şuraya səslərin 25 faizinin verilməsi” açıqlamasına dair sualına cavab verib:

Sual: “Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyir ki, ABŞ rəsmiləri onun hökumətinə deyiblər və ya təklif ediblər ki, müxalifətə 25 faiz səs qazanmağa icazə versinlər ki, səsvermə ədalətli görünsün. Bu, belədirmi?”

“Qətiyyən yox! Səfirliyimizin dediyi kimi, zənnimcə onlar açıqlama veriblər. Kim maraqlansa, bu açıqlamanı paylaşa bilərəm. Azərbaycan Prezident Administrasiyasının rəhbərinin dedikləri tamamilə saxtadır”.

Xatırladaq ki, Ramiz Mehdiyev mətbuata açıqlamasında seçkilərlə əlaqədar ABŞ rəsmilərinin onlara Milli Şuranın namizədinə 25 faiz, özlərinə isə 74-75 faiz götürməsini təklif eddiyini iddia etmişdi.

Sözügedən sual və cavabı audio olaraq dinləyə bilərsiniz.

(embedded content removed)

Ana səhifəXəbərlərABŞ Ramiz Mehdiyevin dediklərini saxta adlandırdı