ABŞ Kremlə dəstək olan 400-dən çox şəxsə və şirkətə sanksiya qoyub

Rusiyaya qarşı sanksiyalar. Foto: Anton Petrus/shutterstock

Siyahıya Rusiya, Belarus, Çin, Hindistan, İsveçrə, Türkiyə və Çili vətəndaşları daxildir

ABŞ hökumətinin Kremlin hərbi əməliyyatları həyata keçirməsinə və sanksiyalardan yayınmasına kömək edən 17 ölkədən olan 400-dən çox şəxs və şirkətə qarşı sanksiya tətbiq etdiyi bildirilir.

Məlumata görə, siyahıya Rusiya, Belarus, Çin, Hindistan, İsveçrə, Türkiyə və Çili vətəndaşları daxildir.

“Tranmaşholdinq”in baş direktoru Kirill Lipa və Rusiyanın müdafiə nazirinin müavinləri Aleksandr Fomin, Pavel Fradkov, Viktor Qoremikin, Andrey Buliqa və Anna Tsivilevaya məhdudiyyət tətbiq edilib.

Hüquqi şəxslər arasında Rusiya, Çin, Hindistan, İsveçrə, Tailand, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, Özbəkistan və Qazaxıstan şirkətləri var.

Siyahıya Ukraynaya qarşı müharibədə hərbi avadanlıq və ya komponentlərin istehsalı ilə məşğul olan 150 Rusiya şirkəti və təşkilatı da daxildir.

Dövlət Departamentinin məlumatında qeyd olunub ki, sanksiyalar həm də Rusiyaya sanksiyalardan yayınmağa kömək edən üçüncü ölkələrin fiziki və hüquqi şəxslərinə qarşı yönəlib.

Sanksiya siyahısına “Uzstanex” (Özbəkistan) və “Kazstanex” (Qazaxıstan) şirkətləri daxildir.

ABŞ Maliyyə Nazirliyi qeyd edir ki, onların hər ikisi Avropadan dəzgahların partiyalarının nominal alıcısı kimi çıxış edir.

Sonra da Rusiyaya çatdırılmaq üçün Çinin “Shanghai Winsun” şirkətinə göndərirlər.

Nazirliyin məlumatına görə, bu sxemin arxasında Rusiyanın “Трос” şirkətinin rəhbəri Sergey Uşko və onun oğlu Aleksandr Uşko dayanır.

ABŞ Ticarət Departamenti həmçinin Ukraynada iğtişaşlara nəzarət və döyüş meydanında istifadə olunan bəzi kimyəvi maddələrin Rusiya və Belarusa ixracını məhdudlaşdırıb.

Ana səhifəDünyaABŞ Kremlə dəstək olan 400-dən çox şəxsə və şirkətə sanksiya qoyub