ABŞ konqresmeni: Azərbaycanda siyasi məhbuslar azad edilsin

Kollaj: Meydan TV

ABŞ Konqresinin üzvü, demokrat konqresmen Jim McGovern ABŞ-ın vitse-prezidenti Cey Di Vensə məktub ünvanlayaraq Azərbaycanda saxlanılan siyasi məhbusların azad olunması məsələsini gündəmə gətirməyə çağırıb.

Məktubda bildirilib ki, Vens Azərbaycana mümkün səfəri zamanı rəsmi Bakı ilə görüşlərdə insan haqları pozuntularını, xüsusilə də siyasi məhbusların taleyini qaldırmalıdır.

Konqresmen qeyd edib ki, Azərbaycan hakimiyyəti son illər jurnalistlərə, müxalif fəallara və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təzyiqləri artırıb.

McGovern məktubunda siyasi məhbus kimi tanınan şəxslərin adlarını da çəkib: İqtisadçı professor Qubad İbadoğlu, onun qardaşı, “QHT işi” üzrə ittiham olunan Qalib Bayramov, həbsdə olan müxalifətçi Tofiq Yaqublu, AXCP lideri Əli Kərimli, bu partiyadan Məmməd İbrahim, ictimai fəal Bəxtiyar Hacıyev, AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə və xanımı Nərgiz Muxtarova, MeydanTV-yə qarşı cinayət işi çərçivəsində həbs olunmuş Şəmşad Ağa, Aynur Elgünəş və Ülviyyə Quliyeva, insan haqları müdafiəçiləri Rüfət Səfərov və Anar Məmmədli.

Konqresmen vurğulayıb ki, ABŞ rəsmiləri Azərbaycanla münasibətlərdə insan hüquqları məsələsini prioritet kimi saxlamalıdır.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olduğunu qəbul etmir və saxlanılan şəxslərin qanun pozuntularına görə həbs edildiyini bildirir.

Ana səhifəSiyasətABŞ konqresmeni: Azərbaycanda siyasi məhbuslar azad edilsin