ABŞ İrana əlavə sanksiyalar qoymağı düşünür

İranın xarici işlər naziri: “Bu, yalnız iqtisadi müharibə deyil, bu, iqtisadi terrorizmdir”

Source: Meydan Tv


İranın xarici işlər naziri: “Bu, yalnız iqtisadi müharibə deyil, bu, iqtisadi terrorizmdir”

Vaşinqton İrana qarşı əlavə sanksiyalar tətbiq etməyi düşünür, – ABŞ administrasiyasının rəsmisi deyir.

Aprelin 1-də anonim olaraq danışan rəsmi deyib ki, ABŞ beynəlxalq nüvə razılaşmasından ölkəsinin geri çəkilməsinin ilk ildönümündə yeni sanksiyalar təqib etmək niyyətindədir.

Prezident Donald Tramp hələ ötən ilin mayında elan etmişdi ki, ABŞ Tehranın nüvə proqramını məhdudlaşdırmaq məqsədi ilə 2015-ci ildə imzalanan müqavilədən çəkilib. Göstəriş vermişdi ki, İrana təkrar sanksiyalar tətbiq olunsun. Sanksiyalar İranın enerji, gəmiqayırma, yük daşıma və maliyyə sektorlarını nəzərdə tutur.

"Biz istəyirik ki, İranla iş aparmaq istəyən şirkətlər bu fikrin necə qorxunc olduğunu düşünsünlər," – rəsmi deyib.

ABŞ, Fransa, İngiltərə, Almaniya, Rusiya, Çin və İran tərəfindən razılaşdırılmış 2015 müqaviləsi İranı ölkənin iqtisadiyyatını pozan sanksiyaların aradan qaldırılması üçün nüvə silahlarının inkişaf etdirilməsini dayandırmağa çağırırdı.

Anonim mənbə həmçinin bildirib ki, Vaşinqton yaxın həftələrdə əlavə tədbirlər görməyi planlaşdırır.

Trump administrasiyası indiyə qədər Tehranın "Yaxın Şərqdəki ekstremist qüvvələrə dəstək verilməsi, ballistik və nüvə silahlarının sınaqdan keçirilməsi və Suriya prezidenti Bəşər Əsədin dəstəklənməsi " iddiası daxil olmaqla Tehranın "xəbis" fəaliyyətinə qarşı siyasətini kəskinləşdirib.

Aprelin 1-də İran deyib ki, ABŞ sanksiyaları ölkənin aşağı səviyyəli hekilopter ehtiyatlarına sahib, eyni zamanda su basmış regionlarına yardım helikopterlərinin gəlməsinə maneə yaradır.

İran cənub bölgələrində güclü yağışlardan sonra yaranan və 45 nəfərin ölümüylə nəticələnən sel fəlakətiylə bağlı fövqaladə vəziyyət elan edib.

Xarici işlər naziri Məhəmməd Cavad Zərif “twitter” hesabında qeyd edib ki, ABŞ sanksiyaları İran Qırmızı Xaç tərəfindən misli görünməmiş daşqınlardan dağılmışicmalara yardım göstərməyə maneə yaradır.

"Qadağan olunmuş avadanlıqlara yardım vertolyotları daxildir. Bu, yalnız iqtisadi müharibə deyil, bu, iqtisadi terrorizmdir", – Zərif deyib.

Ana səhifəDünyaABŞ İrana əlavə sanksiyalar qoymağı düşünür