ABŞ Ordusu Karib dənizində daha bir neft tankerinin ələ keçirildiyini açıqlayıb. Söhbət “M/T Sophia” tankerindən gedir.
ABŞ Ordusunun Cənub Komandanlığının məlumatına görə, tanker “dövlətsiz” olub və sanksiyalar altındadır. Bildirilir ki, gəmi “qanunsuz fəaliyyətlə” məşğul olub.
Komandanlıq tankerin sözdə “qaranlıq donanma”nın (dark fleet) tərkib hissəsi olduğunu iddia edib, lakin onun missiyasını birbaşa Venesuela ilə əlaqələndirməyib.
Bu xəbər ABŞ Ordusunun Avropa Komandanlığının bir müddət əvvəl Venesuela ilə əlaqəli olduğu bildirilən başqa bir neft tankerinin Şimali Atlantik okeanında ələ keçirildiyini açıqlamasından sonra yayılıb.
Həmin tanker ABŞ qüvvələri tərəfindən həftələrlə izlənilib.