ABŞ Florida ştatında olan atışmanı Donald Trampa sui-qəsd cəhdi kimi araşdırır

ABŞ Federal Təhqiqatlar Bürosu Florida ştatının Uest-Palm-Biç şəhərindəki qolf meydançasında sentyabrın 15-də atışmanı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdi kimi araşdırır.

Hadisədə şübhəli bilinən 58 yaşlı Rayan Rutun saxlanıldığı bildirilir. Olayın motivləri məlum deyil.

“The Associated Press” yazır ki, o,  sosial mediada 2020-ci ildə D.Trampın namizədliyinə dəstəyindən yazıb, lakin son vaxtlar Co Bayden və Kamala Harrisin dəstəkçisi olub.

Olayın qarşısının məxfi xidmət agentinin yaşıllıqlar arasında pulemyotun ağzını görərək qolf meydançasını əhatə edən kollara xəbərdarlıq atəşi açması ilə alındığı bildirilir. D.Tramp həmin an təxminən dörd yüz metr aralıda qolf oynayırdı. Şübhəlinin atəş açmağa müvəffəq olub-olmadığı, hələlik, məlum deyil.

Tərəfdarlarına göndərdiyi e-mail-də D.Tramp təhlükəsizlikdə olduğunu, özünü yaxşı hiss etdiyini və heç vaxt təslim olmayacağını yazıb.

Bundan öncə, iyulun 13-də D.Tramp Pensilvaniyada seçki kampaniyası zamanı sui-qəsd cəhdi nəticəsində yüngül yaralanmışdı

Ana səhifəDünyaABŞ Florida ştatında olan atışmanı Donald Trampa sui-qəsd cəhdi kimi araşdırır