Pis hava şəraiti də işləməyə mane olub
ABŞ-da işsizlik artmağa başlayıb. Bu, Federal Ehtiyat Sistemi (FED) faizlərinin endirilməsinə yol açır.
“Bloomberg” yazır ki, iyulda ABŞ-da işə qəbul nəzərəçarpacaq dərəcədə yavaşlayıb. Bu da işsizlik faizini son üç ilin ən yüksək səviyyəsinə yüksəldib.
İşsizlik tənəzzüllə bağlı narahatlıqları artırıb. Həmçinin Federal Ehtiyat Sistemini sentyabr ayında faiz dərəcələrini aşağı salma yoluna sürüyüb.
“FED mismar üzərinə basdı. Şükürlər olsun ki, onlar mismar yatağına ayaq basmayıblar”,- deyə “Renaissance Macro”da ABŞ iqtisadiyyatının rəhbəri Neil Dutta qeyd edib.
Analitiklər bildirir ki, işsizlik nisbətinin artması işçi qüvvəsinə daxil olan yeni işçilərin deyil, daha çox insanın işini itirdiyini və işini tərk etməsini əks etdirir.
FED-in keçmiş iqtisadçısı Claudia Sahm ABŞ-nin tənəzzüldə olmadığına baxmayaraq, “yaxşı istiqamətə getmədiyini” söyləyib.
Həmçinin Beril qasırğası da işlə bağlı problem yaradıb. Pis hava şəraitinə görə işləmədiyini deyən insanların sayı iyul ayında orta göstəricidən 14 dəfə çox artıb. Adətən tam iş günü işləyən daha 1 milyon insan hava şəraitinə görə yalnız yarımştatlı işlərə gedib.