ABŞ Azərbaycana 1,7 milyon dollarlıq tibbi yardım edəcək

Son 20 il ərzində ABŞ Azərbaycanda təkcə səhiyyə sahəsinə təxminən 41 milyon dollar və ümumi yardım məqsədləri üçün 890 milyon dollardan çox sərmayə qoyub.

Foto: Meydan TV


COVİd-19 ilə qlobal mübarizə aparılır

ABŞ martın 27-də bəzi riskli 64 ölkəyə qlobal COVID-19 pandemiyası ilə mübarizə aparmaq üçün əlavə maliyyə yardımı edəcəyini bəyan edib.

Bu istiqamətdə Vaşinqton Azərbaycana "laboratoriya sistemlərini hazırlamaq, yoluxma hallarını müəyyənləşdirmək, mütəxəssislərə dəstək vermək, hazırlıq təmin etmək və risklər haqqında məlumat vermək üçün" 1.7 milyon dollar dəyərində tibbi yardım verəcək.

Məlumatı Turan İA yayıb.

Eyni zamanda, Amerika Dövlət Departamentinin bu barədə yaydığı bülletenə istinadən xatırlanır ki, son 20 il ərzində ABŞ Azərbaycanda təkcə səhiyyə sahəsinə təxminən 41 milyon dollar və ümumi yardım məqsədləri üçün 890 milyon dollardan çox sərmayə qoyub.

Azərbaycanda indiyədək 165 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 3 nəfəri ölüb, 15 nəfəri sağalaraq evə göndərilib.

ABŞ-da 27 mart tarixli məlumata görə, 86 minə yaxın insan koronavirusa yoluxub, 1290-dan çox adam ölüb, 753 nəfərin isə sağaldığı bildirilir.

Ana səhifəSiyasətABŞ Azərbaycana 1,7 milyon dollarlıq tibbi yardım edəcək