“Daha çox pozitiv addımlar görmək istəyirik və hökuməti vətandaşların təməl azadlıqlardan istifadə edə bilməsi hüququna tam hörmət etməyə çağırırıq”
ABŞ Dövlət Departamenti 17 oktyabr əfv aktı çərçivəsində vətəndaş cəmiyyəti fəallarının həbsdən azad edilməsini alqışlayıb.
Dövlət Departamentinin rəsmi nümayəndəsi Mariya Marfın bəyanatında deyilir ki, azad edilənlərdən biri – Həsən Hüseynli təhsli sahəsində layihələrin həyata keçirilməsində ABŞ səfirliyi ilə fəal əməkdaşlıq edib.
Bundan əlavə, NİDA hərəkatının üç fəalı azad edilib.
Dövlət Departamenti bu addımları alqışlayaraq Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran düzəlişləri “yalnış” adlandırıb.
“Biz daha çox pozitiv addımlar görmək istəyirik və Azərbaycan hökumətini bütün vətandaşların təməl azadlıqlardan istifadə edə bilməsi hüququna tam hörmət etməyə çağırmaqda davam edirik”, – deyə bəyanatda qeyd edilib.