MSK ilkin nəticələri açıqlayıb
Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri haqda açıqlama yayıb. Komissiya 7 seçki dairəsində lider namizədlər müəyyənləşmədiyini bildirib.
Bu barədə MSK sədri Məzahir Pənahov jurnalistlərə bildirib.
O, 7 dairənin lider namizədlərinin yaxın saatlarda açıqlanacağını deyib.
Lider namizədlərin müəyyənləşmədiyi dairələr aşağıdakılardır.
–
17 saylı Yasamal Üçüncü Seçki Dairəsi
– 35 saylı Xətai Üçüncü Seçki Dairəsi
– 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi
– 44 saylı Sumqayıt-Xızı Seçki dairəsi
– 77 saylı Astara Seçki Dairəsi
– 123 saylı Kəlbəcər Seçki Dairəsi
– 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi
Məzahir Pənahovun sözlərinə görə, məntəqələrin 75% faizindən seçkinin nəticələri ilə bağlı protokollar MSK-ya daxil olanda seçkinin ilkin nəticələrini açıqlayırlar.
Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.