569 nəfərin deputatlığa namizədliyi təsdiqlənib

Onlardan 149 nəfəri 11 siyasi partiya, 5 nəfəri təşəbbüs qrupları, 752 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb

Mərkəzi Seçki Komissiyası, Foto: Mərkəzi Seçki Komissiyası


İndiyəq ədər 901 nəfər seçkilərə namizədliyini verib

Növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən 569 nəfərin namizədliyi təsdiqlənib. Onlardan 439 nəfəri isə imza vərəqələrini artıq götürüb.

Bunu dekabrın 21-də keçirilən iclasıda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, indiyə qədər 901 namizəd müraciət edib. Onlardan 149 nəfəri 11 siyasi partiya, 5 nəfəri təşəbbüs qrupları, 752 nəfər isə fərdi qaydada namizədlikərini irəli sürüb”.

Dekabrın 2-də hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının Siyasi Şurası mövcud Milli Məclisin buraxılması xahişi ilə prezidentə müraciət edib və müraciət parlamentdə müzakirə olunub. İlham Əliyev müraciətə müsbət cavab verib və növbədənkənar parlament seçkilərinin 2020-ci il fevralın 9-da keçiriləcəyi qərarlaşdırılıb.

Ana səhifəSiyasət569 nəfərin deputatlığa namizədliyi təsdiqlənib