5 alpinist Elbrus dağında həlak olub

Verdiyi açıqlamada bildirib ki, cümə axşamı 19 alpinistdən ibarət bir qrup yola çıxıb.

Source: Specify Source


14 nəfərin son anda xilas edildiyi bildirilir

Güclü çovğuna səbəbilə Rusiyanın Elbrus dağına çıxan 5 alpinist həyatını itirib.

Hadisə sentyabrın 23-də olub.

"The Guardian"

yazır

ki, ölümlərə səbəb güclü külək, havanın sıfırın altında olması və bu şəraitdə görmə qabiliyyətinin aşağı olmasıdır.

Çətin şəraitə baxmayaraq, 14 nəfər alpinist son anda xilas edilib. Alpinistlər Rusiyanın 11 regionunu təmsil edirmiş.

5 nəfərin ölüm xəbərini Rusiyanın Fövqəladə Hallar Nazirliyi də təsdiqləyib.

Verdiyi açıqlamada bildirib ki, cümə axşamı 19 alpinistdən ibarət bir qrup yola çıxıb.

Hadisə onlar 5.000 metrdən (16.000ft) yüksəklikdə olanda baş verib.

Rusiyanın Şimalında yerləşən Elbrus dağı 5.642 metr (18.510 ft) yüksəkliyindədir. Bununla Avropanın ən yüksək dağı sayılır.

Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlamasında nəfərin ölümünə təəssüflənir. Əlavə edir ki, qalan 14 alpinistin həyatını xilas etmək mümkün olub: “Xilas edilən alpinistlər Azau vadisinə endirilib. Xilasetmə güclü külək, zəif görünürlük və sıfırdan aşağı temperaturda, yəni ən çətin şərtlərdə həyata keçirilib”, – deyə nazirlik bildirib.

Dırmanmanı təşkil edən şirkət isə açıqlamasında alpinistləri müşayiət edən dörd peşəkar bələdçinin olduğunu söyləyib: “Zirvəyə qalxma zamanı qadın dağçı özünü pis hiss edib və bələdçilərdən biri ilə geri dönməyə başlayıb. Ancaq o da yolda bələdçisinin qollarında həyatını itirib. Qrupun qalan üzvləri zirvəyə davam ediblər, ancaq aşağıya doğru irəliləyəndə fırtınaya düşüblər. Bu zaman alpinistlərdən birinin ayağı sınıb. Bu hadisəyə görə də qrup xeyli ləngiyib”.

Şirkət əlavə edib ki, iki alpinist donaraq, digər iki nəfər isə huşunu itirərək ölüb. Bələdçilər və digər iştirakçılardan bəziləri isə donma dioqnozu ilə xəstəxanaya yerləşdirilib: “Dırmanış texniki cəhətdən çətin sayılmasa da, hər il onlarla alpinist zirvə cəhdləri zamanı həyatını itirir”.

Dünya mediası bu hadisəni son illərin ən böyük alpinist faciəsi olduğunu yazır.

Ana səhifəDünya5 alpinist Elbrus dağında həlak olub