12 oktyabr saat 16:00-18:00-da “İnşaatçılar” metrosunun yaxınlığında yerləşən “Məhsul” stadionunda demokratik qüvvələrin seçkiqabağı pozuntular, seçki prosesi və seçkilərin yekunları ilə bağlı etiraz mitinqi olacaq.
Bu mitinqlə əlaqədar çağırış vərəqəsi paylayan Müsavat Gənclər Təşkilatı üzvləri Hüseyn Əzizoğlu, Anar Qurbanov, Cavanşir Abbasov və Kənan Səfərli polis tərəfindən saxlanılıb. Hazırda harda olduqları haqqında məlumat yoxdur.
Xatırladaq ki, mitinqə rəsmi şəkildə izin verilib.