Hadisənin hakimin yaşadığı evdə baş verdiyi bildirilir
Qax Rayon Məhkəməsinin hakimi, 36 yaşlı Taleh Kərimov qəfildən vəfat edib.
Hadisə yanvarın 10-da səhər saatlarında onun yaşadığı evdə baş verib.
İlkin ehtimala görə, Taleh Kərimov dəm qazından boğulub.
Yaxınlarının bildirdiyinə görə, o, yuyunarkən vəziyyəti pisləşib, az sonra keçinib.
1989-cu il təvəllüdlü Taleh Etibar oğlu Kərimov Prezident İlham Əliyevin 13 may 2024-cü il tarixli sərəncamı ilə Qax Rayon Məhkəməsinin hakimi təyin olunmuşdu.
O, cinayət işlərini araşdırırdı.
Hakim vəzifəsinə təyin olunmamışdan əvvəl isə o, hüquqşünas kimi müxtəlif vəzifələrdə işləmişdi, icra məmuru kimi fəaliyyət göstərmişdi.