Bu il İlham Əliyevdən fərqli olaraq 331 nəfər siyasi məhbus kimi tanına şəxs Yeni ili ailələrinin yanında yox, dəmir barmaqlıqlar arasında keçirəcək.
Siyasi repressiyalar fonunda başa çatan 2024-cü il jurnalistlərin və müxaliflərin həbsləri ilə yadda qaldı.
İşçi Masası Həmkarkar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucov “narkotik” ittihamı ilə həbs edilib. Onunla birlikdə hərəkatın daha 3 üzvü də hazırda eyni taleyi bölüşür. Möhiyyəddinin anası Təranə Orucova deyir ki, övladı həbs olunduğu gündən bəri heç bir bayramı qeyd etmir.
Almaniya vətəndaşı Həmzə Məmmədli isə bir ildən çoxdur ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. 2023-cü il iyulun 1-də öz toyuna gələn Həmzə Bakı hava limanında saxlanılıb. Həmzənin anası Hicran Məmmədova deyir ki, bu bayramda övladının azadlığa çıxacağına inanırdı.
Dekabrın 3-də həbs edilən hüquq müdafiəçisi Rüfət Səfərov də hakimiyyətin qəzəbinə tuş gələnlərdəndir. Səfərov həbs edilməzdən əvvəl verdiyi sonuncu müsahibəsində zorakılığın dövlət strategiyasına çevrildiyini vurğulayırdı.
“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə” İttifaqın məlumatında deyilir ki, hazırda ölkədə 331 siyasi məhbus var.
Siyasi məhbus kimi tanınan şəxslərin arasında jurnalistlər, blogerlər, müxalif partiyaların üzvləri, dini inanclılar, Gəncə və Tərtər məhbusları və başqaları var. Onlar bu il bayramı ailələri ilə qarşılaya bilməyəcəklər.