3 aydır vəfat edib, hələ də supulu ”ödəyir”

Ağdam sakini: “Mərhum atamdan hər ay 1 manat 50 qəpik supulu tələb olunur”

Source:
Sarvan Qəmbərov
Sarvan Qəmbərov


Ağdam sakini: “Mərhum atamdan hər ay 1 manat 50 qəpik supulu tələb olunur”

“Üç aydır ki, atam vəfat edib, ancaq hər dəfə adambaşına supulu ödənişi haqqında bildiriş gələndə, diksinirəm, su idarəsi mərhum atamdan hələ də aylıq 1 manat 50 qəpik supulu “tələb edir”.

Bunu Meydan TV-yə Ağdam rayon sakini Sarvan Qəmbərov deyir. Sarvan Qəmbərov anası ilə birlikdə Dödryol 1 qəsəbəsi, ev 681 ünvanında yaşayır. Onun şikayəti rayon Sukanal İdarəsindəndir. Deyir, atası Arif Qəmbərov 3 aya yaxındır ki, vəfat edib, ancaq hələ də yerli sukanal idarəsi yaşadığı ünvana su sərfiyyatına görə bildiriş-xəbərdarlıq qəbzi göndərəndə, məlum olur ki, idarə ondan mərhum atasına görə də supulu tələb edir:

Qəsəbədə supulu “ödəyən” çox mərhumlar var

“Atamın ölüm haqqında şəhadətnaməsini də, arayışı da idarəyə təqdim etmişik. Ondan sonra abonent kimi anam tanınıb və qəbzlər onun adına gəlir. Əvvəllər ailədə üç nəfər idik, atamın vəfatından sonra anamla mən qaldıq. Lakin ötən ay da, bu ay da bildirişlərdə yenə üç nəfər göstərilib. Adambaşına 1 manat 50 qəpikdən hesablanır, bizimlə bərabər 1 manat 50 qəpik də atamın adına hesablanır. Bildirişlərdə hələ də üç nəfər göstərilir”.

Məbləğ
Məbləğ

Sarvan Qəmbərov deyir, Sukanal İdarəsinə etdiyi müraciətlər də nəticəsiz qalıb:

“O gün yenə bildiriş gəldi, baxırıq ki, yenə 3 nəfərə görə borc yazılıb. Həm də Sukanal İdarəsi bunu tək bizə qarşı etmir, yaşadığımız qəsəbədə o qədər vəfat etmiş adamların adına borc yazılır ki… Deyə bilərsiz ki, söhbət 1 manat 50 qəpiyin söhbətini edirsən, iş orasındadır ki, söhbət o qəpik-quruşdan getmir, söhbət ondan gedir ki, qəsəbədə 10 min adam yaşayır, bunun da hər gün vəfat edəni var və onların arasında hələ də supulu “ödəyənlər” var. Sukanal İdarəsi öz yeyintilərini ölülərdən “pul yığmaqla” ört-basdır etmək istəyir”.

Texniki xətadır

Ağdam Sukanal İdarəsindən bildirilib ki, Dördyol 1 qəsəbəsi, ev 681 ünvanına – Mahirə Qəmbərovanın adına göndərilən bildiriş-xəbərdarlıq qəbzlərində borclu kimi üç nəfərin qeyd olunması texniki xətadır: “Aydınlaşdırılacaq, aradan qaldırılacaq və əgər mərhumun adına tələb olunan ödəniş varsa, abonentə qaytarılacaq”.

İdarədən Sarvan Qəmbərovun qəsəbədə başqa mərhumların da adına su sərfiyyatına görə borcla bağlı bildiriş gəlməsi ilə bağlı dedikləri təkzib olunub.

Ana səhifəBölgə3 aydır vəfat edib, hələ də supulu ”ödəyir”