İctimai nəqliyyatın qiyməti – “Qiyməti qaldırmaqla can verən canlıya deyirsən öl”

İctimai nəqliyyatda gediş haqqının qiyməti artırıla bilər. 19 özəl sərnişin daşıma şirkəti Tarif Şurasına qiymətin qalxması ilə bağlı müraciət ünvanlayıb. Onlar deyir ki, hazırkı gediş haqqı əməliyyat xərclərini qarşılamır, şirkətləri maliyyə itkiləri ilə üz-üzə qoyub. Sükan arxasında, iş başında olan sürücülər şirkətlərin müraciətinə etinasız yanaşır. Gediş haqqı artsa da, onların maaşlarında bir dəyişiklik olmayacağını deyirlər.

«Ayşən LTD» MMC-nin və Xaliq Faiqoğlu şirkətinin mətbuata verdiyi açıqlamaya görə, müasir, avropa istehsalı olan avtobusları indiki gediş haqqı xərcləri qarşılamır. Şirkətlərin hesablamalarına görə, tələblərə əməl etmək və zərərlə işləməmək üçün gediş haqqı indiki  30 qəpikdən 50 qəpiyədək artırılmalıdır.

Nəqliyyat üzrə Ekspert Eldəniz Cəfərov bildirir ki, ictimai nəqliyyatda xidmət keyfiyyəti yüksək deyil.

Gün ərzində bir neçə dəfə ictimai nəqliyyatdan istifadə edən sərnişinlər qiymətin artmasına etiraz edir.

Sonuncu dəfə 2018-ci ildə sərnişindaşımaların müraciəti əsasında Tarif Şurasının qərarı ilə nəqliyyatın qiyməti artırılmışdı.

Ana səhifəVideoİctimai nəqliyyatın qiyməti – “Qiyməti qaldırmaqla can verən canlıya deyirsən öl”