O, insan təkamülünün genetik əsaslarını öyrəndiyinə görə mükafatlandırılıb
2022-ci ilin ilk Nobel mükafatı laureatı açıqlanıb.
“Fiziologiya və ya tibb” nominasiyası üzrə mütəxəssis – isveçli bioloq Svante Paabo ilk qalib olub.
O, bu mükafata insan təkamülünün genetik əsaslarını öyrəndiyinə görə layiq görülüb.
“Nobel həftəsi” oktyabrın 3-dən 10-dək keçiriləcək.
Fiziologiya və tibbdən sonra daha iki elmi nominasiya keçiriləcək.
Oktyabrın 4-də fizika, 5-də isə kimya üzrə qaliblər elan olunacaqlar.
Nobel mükafatı 1895-ci ildə isveçli ixtiraçı-alim Alfred Nobelin vəsiyyəti əsasında təsis edilib.
İlk dəfə sahibinə 1901-ci ildə təqdim olunub.
Mükafat qızıl medal və pul mükafatından ibarətdir.
Nobel mükafatı İsveç Kral Elmlər Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən şəxslər və ya təşkilatlara fizika, kimya, ədəbiyyat, sülh və tibb sahəsində fövqəladə uğurlara görə verilir.