20 saylı məktəb yenidən təmirə dayanacaq

Məktəb-liseyin söküləcəyi ilə bağlı məlumatlar yayılıb

Source:


Məktəb-liseyin söküləcəyi ilə bağlı məlumatlar yayılıb

Bakı şəhərinin Yasamal rayonundakı 20 saylı məktəb-liseyin sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat təsdiqini tapmayıb. Məktəbin direktor əvəzi Elşad Məmmədovun Meydan TV-yə verdiyi məlumata görə, bu barədə onlara heç bir rəsmi məlumat verilməyib: “Ancaq bir neçə ay sonra liseyin yenidən təmiri gözlənilir”.

Sözügedən məktəbin sökülməsi ilə bağlı məlumatlar hələ 2012-ci ildən yayılır. Kimisi hesab edir ki, şəhərin mərkəzində – Şəhidlər və Fəxri xiyabanların, eləcə də parlament və iki mühüm nazirliyin yolu üzərində yerləşən məktəb yeni görkəmə salınacaq.

“Azadlıq” qəzetinin yazdığına görə isə, məsələ unudulandan sonra, ümumiyyətlə, məktəbin təyinatının dəyişdirilməsi planlaşdırılır. Burada iki versiya səslənir. Birinci versiyaya görə, 20 saylı məktəb Fövqəladə Hallar Nazirliyinin strukturuna veriləcək. Məktəbdə FHN-in yeni akademiyası öz fəaliyyətinə başlaya bilər. İkinci versiyaya görə isə, məktəb Heydər Əliyev adına Müasir Təhsil Kompleksi tipli təhsil ocağına çevriləcək. Və burada artıq təhsil almaq ödənişli əsaslarla mümkün olacaq.

Yenidən əsaslı şəkildə təmir olunacağı gözlənilən 20 saylı məktəbin təmirinə 2007-ci ildə 1 milyon 950 min manat, 2008-ci ildə isə 245 min manat xərclənib. Bu isə üç ildə təxminən bir məktəbin təmirinə 3 milyon dollar vəsaitin xərclənməsi deməkdir.

Ana səhifəXəbərlər20 saylı məktəb yenidən təmirə dayanacaq