Mənbə: Meydan TV

"190 manatdan imtina mesajı gələndə, ailəmin yanında pərt oldum"

"190 manatdan imtina mesajı gələndə, ailəmin yanında pərt oldum"

Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə 600 min işsiz və karantin dövrünə görə işini itirən şəxslərə 190 manatlıq yardım təyin edilmişdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün açıqlayıb ki, 600 min nəfər işsizə birdəfəlik ödəmə verilib. May ayında isə həmin şəxslər yardımı bank kartları vasitəsilə alacaqlar. Bəs 190 manatlıq yardım üçün müraciət edib, imtina cavabı alan və göstərilən səbəbi doğru saymayan vətəndaşların aqibəti necə olacaq?

Elçin Qocayev hökumətin işsizlər üçün ayırdığı 190 manatlıq birdəfəlik yardımla bağlı müraciət edib və imtina cavabı alıb. Ona bildirilib ki, vergi ödəyicisi olduğu üçün o, bu yardımı ala bilməz. Amma vətəndaş bildirir ki, 4 il öncə VÖEN hesabın bağlayıb.

Müraciətdən 10 gün keçsə də, vətəndaşın şikayətinə heç bir cavab verilməyib. O deyir, günlər keçdikcə soyuducusunndakı qidalar tükənir və özünü əlacsız hiss edir.

COVİD-19 pandemiyasına görə Azərbaycanla qonşu olan dövlətlərdə də karantin rejimi elan edilib. Bəs onlar vətəndaşlarına necə yardım ediblər? Rusiya kiçik və orta sahibkarların sosial sığorta ödənişlərini aşağı salıb, işsizlik müavinətlərini və xəstəlik məzuniyyətlərini artırıb, 3 yaşına çatmamış hər bir uşağa görə aylıq uşaq puluna orta hesabla 63 ABŞ dolları əlavə edib.

Qazaxıstanda əlillər və işsizlərə pulsuz ərzaq məhsulları verilib.

Fevral ayında Bakıda çalışdığı taksi şirkətində çıxarılan Vəli Quliyev də 190 manatlıq yardım üçün dövlət qurumuna müraciət edib və yalnız bir aydan sonra ona yardım təyin edilib. Yardım almadığı bir ayı o, kredit kartlarının hesabına başa vurub.

“Azərbaycanda heç işsizlərin bir faizinə də müavinət vermirlər”

Demokratiya və Rifah hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu bildirir ki, həyata keçirilən yardım proqramı sosial baxımdan ədalətsiz oldu. Proqramın icrası zamanı sistemdəki problemlər üzə çıxdı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən açıqlayıblar ki, 190 manatlıq yardım üçün müraciət edən 359 min nəfərə imtina cavabı verilib. Səbəb kimi adlarına əmlak, əmək müqaviləsi olması göstərilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, imtina cavabından narazı qalan Elçin Qocayev və digər şəxslər nazirliyə müraciət edə bilərlər.

Yardıma görə imtina alanların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsi üçün hüquqşünaslar ərizə formasını Facebook sosial şəbəkəsində paylaşıblar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0bh49i

Ən çox baxılan