19 min manatla küçədə qalanlar (VİDEO)

Şahnaz Zeynalova Sovetski-də yaşayan və evinin kvadrat metrinə 1500 manat verilməsinə narazı olan 100-lərlə ailədən biridir. Şahnaz xanımın sözlərinə görə əgər onlar razılaşsa şəhərin mərkəzində olan bu evlərinə 19000 manat veriləcək. O 19000 manata şəhərin hansı yerində ev almaq olar?

“Sovetski”dəki köçürülmədən şikayətçilər arasında evinin sahəsi daha böyük olanlar da var. Məsələn, adının açıqlanmasını istəməyən 110 m2 sahəli evin sahibi deyir ki, köçürülmə komissiyasından bildiriblər ki, evinin hər metri üçün ona min manat pul ödənəcək. Yasamal Rayon İcra Hakimiyyətinin birinci müavini, köçürülmə komissiyasının üzvü Səməd İslamov isə məsələni Meydan TV-yə belə şərh edib:

“Heç bir kompensasiya nəzərdə tutulmayıb. Evi 13 kvadrat metr olana da, daha çox olan vətəndaşa da 1500 manat pul ödənəcək. Evinin sahəsi daha artıq olanlara min manat ödənilməsi məsələsinə gəlincə, həmin vətəndaşların evləri qanunsuz tikilidir. Ona görə də onların evlərinin m2 min manat ödənəcək”.

Ana səhifəVideo19 min manatla küçədə qalanlar (VİDEO)