18 oktyabr Müstəqillik Günüdür!

Ali Sovetin 18 oktyabr toplantısında 360 deputatdan 258 nəfər müstəqilliyə səs verdi, qalanları isə iclasa qatılmadılar

Source:


Ali Sovetin 18 oktyabr toplantısında 360 deputatdan 258 nəfər müstəqilliyə səs verdi, qalanları isə iclasa qatılmadılar

Oktyabrın 18-i Azərbaycan xalqının tarixində qazandığı ikinci müstəqilliyi günüdür. 1918-20-ci illərdə ADR-nin yaşatdığı istiqlaliyyətimizə bolşevik Rusiyası 28 aprel tarixində son qoydu. 71 il sonra Azərbaycanda başlanan Milli Azadlıq Hərəkatının fəaliyyətilə ikinci müstəqilli qazandıq.

Belə ki, 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Ali Soveti müstəqilliyi haqda Konstitusiya Aktını qəbul edib. O zaman sənədin üzərində hüquqşünaslar Fuad Ağayev, Şahin Əliyev, deputatlar Hacıbaba Əzimov, Tofiq Qasımov işləmişdilər.

18 oktyabrda qəbul edilən Konstitusiya Aktı 6 bənddən və 32 maddədən ibarət olub. Konstitusiya Aktında Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisi (maddə 2.) elan olunur. Eyni zamanda Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət (maddə 12.) yaradır, bu dövlətin suveren hakimiyyəti daxili məsələlərdə ancaq hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan xalqının azad surətdə razılıq verdiyi müqavilələrdən və sazişlərdən irəli gələn müddəalarla məhdudlaşdırılır.

Sənəd Ali Sovetə müxalifəti təmsil edən Demokratik Blok tərəfindən təqdim olunmuşdu. Ali Sovetin 18 oktyabr toplantısında 360 deputatdan 258 nəfər müstəqilliyə səs verdi, qalanları isə iclasa qatılmadılar.

18 oktyabrdan 7 ay əvvəl Demokratik Blokun üzvləri və bir sıra bitərəf deputatlar SSRİ-nin saxlanılmasıyla bağlı mart referendumuna qarşı çıxmışdılar. Onların adlarını bir daha xatırlayaq:

Füzuli Axundov, Maşallah Abdullayev, Bayram Bayramov, Tofiq Bağırov, Eldar Bağırov, Faiq Baxşəliyev, İsa Qəmbər, Rəhim Qazıyev, Tamerlan Qarayev, Fərəc Quliyev, Tofiq Qasımov, Dilarə Əliyeva, Sülhəddin Əkbər, Heydər Əliyev, Vahid Əhmədov, Hacıbaba Əzimov, Tahir Əliyev, Firudin Cəlilov, Şahmərdan Cəfərov, Aydın Məmmədov, Mürşüd Məmmədli, Etibar Məmmədov, Əyyam Musayev, Mətləb Mütəllimov, Cümşüd Nuriyev, Vaqif Novruzov, Ədalət Rəhimov, Məryəm Həsənova, Arif Hacılı, İsgəndər Həmidov, Şadman Hüseynov, Allahverdi Həsənov, Nəriman Həsənzadə, Hicran Kərimli, Tahir Kərimli, Mirmahmud Fəttayev, Ramiz Fətəliyev, İsmayıl Şıxlı, İxtiyar Şirinov, Məmməd Xələfov, Sabir Rüstəmxanlı, Yusif Səmədoğlu,  İbrahim İbrahimli.

Onlardan 14 nəfəri vəfat edib.

Ana səhifəXəbərlər18 oktyabr Müstəqillik Günüdür!