100-ə yaxın əlil və travmalı itə ev sahibliyi edən şəxs heyvansevərlərdən ianə istəyir

Nizami Ramazanov bacısı ilə birlikdə Zaqatalada it sığınacağı açıb. O, 100-ə yaxın əlil və travmalı itə ev sahibliyi edir. Nizami Ramazanov deyib ki, Zaqatala Rayon İcra Hakimiyyətindən sığınacaq üçün yer istəyib. Lakin İcra Hakimiyyətinin təklifi onu qane etməyib. Sığınacaq öz yerindən qonşular şikayət etdiyi üçün köçməli olub. Meydan TV Zaqatala İcra Hakimiyyətinin mövqeyini dəfələrlə öyrənməyə cəhd etsə də cavab ala bilməyib. Nizami Ramazanov heyvansevərlərdən sığınacaqdakı itlərin müalicəsi və qidası üçün ianələr gözləyir.

Ana səhifəVideo100-ə yaxın əlil və travmalı itə ev sahibliyi edən şəxs heyvansevərlərdən ianə istəyir