10 günün əsgərinin öldüyü bildirilir

Əsgər. Mənbə: “Freepik”

Məlumata görə, əsgər Coşqun Zülfüqar oğlu Sadıqov Mərkəzi Klinik Hərbi Hospitalda vəfat edib.

Mərhum Masallı rayonunun Qızılağac kəndində dəfn edilib.

Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarında xidmət edən Coşqun Sadıqovun vəfatından 10 gün əvvəl – yanvarın 26-da hərbi xidmətə getdiyi bildirilir.

Məsələ ilə əlaqədar aidiyyəti qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Müdafiə Nazirliyi və digər aidiyyatı qurumlar əsgər ölümləri ilə bağlı tam və yekun statistikanı açıq paylaşmır. 

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun 2025-ci il hesabatına görə, Azərbaycanda ən azı 42 hərbçi qeyri-döyüş şəraitində vəfat edib. Bu ölümlər əsasən, xəstəlik və intihar səbəbilə olub.

Ana səhifəSosial10 günün əsgərinin öldüyü bildirilir