Berlində yaşayan bir qrup Müsəlman Birliyi Hərəkatı fəalı Almaniya XİN binası qarşısında çadır quraraq etiraz aksiyası keçirir. Onlar Azərbaycanda siyasi məhbus hesab edilən şəxslərin azadlığına dəstək naminə Əliyevə təzyiq göstərməsi üçün alman institutlarına müraciət edirlər. Deyirlər ki, məqsədimiz dünya və alman ictimaiyyətinə ölkədəki insan haqlarının vəziyyəti barədə məlumat verməkdir. Fəallar artıq 10 gündən çoxdur ərazidə, çadırda yaşayır, kampaniyalarını davam etdirirlər. Allahyar Ağalarov bizi çadırdakı vəziyyətlə tanış edib, aksiya barədə məlumat verir.
Ələmdar Bünyadov isə deyir ki, o, Fatimə Mövlamlının məktubunu sona qədər oxuya bilməyib. Fəallar bütün siyasi məhbuslara azadlıq tələb edirlər. Onların içində müstəqil jurnalistlər, siyasi fəallar, inanclı fəallar və siyasilər də var.