Paşinyan: “Azərbaycanlı hərbçi Nəsimi Musayevin ekstradisiyası müzakirə olunmur”

Paşinyan. Foto: Baş nazirin səhifəsi

“Jamnews”un materialı

Azərbaycanlı hərbçi Nəsimi Musayevin ekstradisiyası məsələsi müzakirə olunmur. Bakı bununla bağlı heç bir tələb irəli sürməyib. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlər üçün keçirdiyi ənənəvi bir saatlıq brifinqdə bildirib.

“Ekstradisiya məsələsi nədir? Belə bir məsələ yoxdur, biz bunu müzakirə etmirik. Azərbaycan tərəfindən də hər hansı sorğu daxil olmayıb”, – deyə o bildirib.

Bununla yanaşı, Paşinyan vurğulayıb ki, əgər Musayev cinayət törətməsəydi, Ermənistan onu elə həmin gün Azərbaycana qaytarardı.

O hesab edir ki, Ermənistan sərhədini qanunsuz keçərək Şaki kəndinin sakini olan qadına atəş açan azərbaycanlı “adi cinayət” törədib. Baş nazir bu hadisə ilə digər transsərhəd cinayətləri arasında paralellər aparıb:

“Bizdə transsərhəd cinayətlərin başqa halları da olur. Ermənistana daim narkotik vasitələr gətirilir və onlar Ermənistan ərazisindən tranzit yolu ilə daşınır. Bu, dünyanın sonu deyil”.

Baş nazir Şaki kəndində baş vermiş insidentin Ermənistanla Azərbaycan arasında sülh prosesini təhlükə altına ala biləcəyini düşünmür.

Paşinyan əldə olunmuş sülhü qorunmasına diqqətlə yanaşılmalı olan nailiyyət hesab edir. O vurğulayıb ki, bu sülhü bir gün ərzində məhv etmək mümkündür, lakin hazırkı vəziyyətə yenidən nail olmaq üçün daha 30 il lazım gələ bilər. Bu səbəbdən baş nazir sülh prosesini təhlükə altına qoya biləcək bəyanatlarla çıxış etməyi məqsədəuyğun saymır.

2026-cı il oktyabrın 1-də Nəsimi Musayev Ermənistanın Sünik vilayətinin Şəki kəndinə qanunsuz daxil olub. Yerli sakinlər onu evlərdən birində aşkar etdikdə Musayev avtomat silahdan atəş açaraq 39 yaşlı qadını yaralayıb. Hadisə qadının üç uşağının gözü qarşısında baş verib. Qadının iki oğlu da xəsarət alıb, qızı isə hələ də hadisənin psixoloji təsirindən qurtula bilməyib.

Musayev atəş açdıqdan sonra hadisə yerindən qaçıb, lakin bir qədər sonra başqa bir evdə saxlanılıb. Ermənistan Prokurorluğu ona qarşı Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət təqibinə başlayıb. O, xüsusilə dövlət sərhədini qanunsuz keçməkdə, yerli sakin olan qadının sağlamlığına ağır zərər vurmaqda və mənzil toxunulmazlığını pozmaqda ittiham olunur. Məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Brifinq zamanı Ermənistanın baş naziri Dmitri Medvedevin Ermənistanın “yeni Ukraynaya” çevrilməsi ilə bağlı qalmaqallı bəyanatına, MDB sammiti çərçivəsində İlham Əliyevlə mümkün görüşünə və itkin düşmüş şəxslər məsələsinə də toxunub.

Ana səhifə ▸ Xəbərlər ▸ Paşinyan: “Azərbaycanlı hərbçi Nəsimi Musayevin ekstradisiyası müzakirə olunmur”