Bir sosial şəbəkə statusunun, şərhinin nəticəsi nə ola bilər? Bəyənmələr, tənqidlər, mübahisələr. Amma Azərbaycanda son illər tənqidi status və şərhlərin nəticəsi polisdə təzyiq, sutkalıq həbs ola bilir. Ölkədə tənqidi status yazanlar və ya tənqidi statusun altında comment yazanlar, bəyənmə işarəsi qoyanlar belə təzyiqlərə məruz qalırlar.