Əlizamin Salayev yenidən saxlanılıb

Foto: Meydan TV

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri Əlizamin Salayev saxlanılıb.

Bu barədə AXCP-nin mətbuat xidməti Natiq Ədilov məlumat yayıb.

O bildirib ki, Salayevi yaşadığı Salyan şəhərində saxlanılaraq Bakıya gətirilib. Ədilov deyir ki, ailəsinin verdiyi məlumata görə sentyabrın 3-ü axşam saatlarında Salayev bir neçə mülki geyimli şəxs tərəfindən izlənilib.

“Bu gün  saat 12 radələrində Rövşən Bağırov adlı gənclə əvvəlcədən planlaşdırdıqları kimi rayon polis idarəsinə gediblər (Orda ikincinin avtomobil cəriməsini həll etmək üçün). Təxminən saat 14 radələrində onların saxlanılması barədə yaxınlarına xəbər çatıb” – deyə Ədilov qeyd edib.

Ədilov qeyd edib ki, hadisə ictimailəşdirdikdən sonra ailəsi ilə əlaqə saxlanılıb və onlar polis rəisi Nəzər Əskərov tərəfindən idarəyə dəvət olunublar. Əskərov saat 19-20 radələrində Salayevin hansı səbəbdən saxlanıldığı barədə məlumat veriləcəyini deyib.

AXCP-nin Salyan rayon şöbəsinin sədri Əlizamin Salayev 2023-cü il fevralın 7-dən həbs edilmişdi. Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunurdu. Salayev Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilmişdi. O, avqustun 7-də həbs müddətini başa vuraraq azadlığa çıxmışdı.

Cinayət işinin materiallarında iddia olunurdu ki, AXCP fəalı “Lökbatan dairəsi” adlanan ərazidə Natiq Süleymanovu təhqir edib, yumruqla vurub, ardınca bıçaqla xəsarət yetirib. 

Ana səhifəSiyasətƏlizamin Salayev yenidən saxlanılıb