Samir Aşurovun vaxtından əvvəl azadlığa çıxması ilə bağlı müraciəti qəbul olunmayıb

Foto: şəxsi arxivindən

İyulun 9-da Apellyasiya Məhkəməsində siyasi fəal Samir Aşurovun vaxtından əvvəl azadlığa çıxması barədə məhkəmə prosesi keçirilib.

Hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən məhkəmədə Aşurovun vaxtından əvvəl azadlığa çıxması ilə bağlı müraciətini qəbul etməyib.

Bu barədə Samir Aşurovun həyat yoldaşı Nuranə Aşurova Meydan TV-yə məlumat verib.

O deyir ki, bundan öncə Xəzər Rayon Məhkəməsi də Aşurovun cəzasının üçdə ikisini çəkdiyi üçün vaxtından əvvəl azadlığa çıxması ilə bağlı müraciəti təmin etməyib.

Siyasi mühacir Samir Aşurov 2022-ci il martın 29-da Almaniyadan deportasiya edilib, 20 gün sonra isə Bakıda polis tərəfindən saxlanılıb.

O, Elşən Nəbiyev adlı şəxsi bıçaqlamaqda ittiham olunub və həbs edilib.

2024-cü il iyulun 21-də Samir Aşurova qarşı silah tətbiq etməklə xuliqanlıq ittihamı da irəli sürülüb.

2023-cü ilin dekabrında məhkəmə onu 6,5 il müddətinə azadlıqdan məhrum edib.

Ana səhifəSiyasətSamir Aşurovun vaxtından əvvəl azadlığa çıxması ilə bağlı müraciəti qəbul olunmayıb