İyulun 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə ittiham olunan vətəndaş cəmiyyəti fəalı Nərgiz Muxtarovanın cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.
Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Nərgiz Muxtarovaya hökm oxunub.
Dövlət ittihamçısı məhkəmədə çıxış edərək Muxtarovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini, 4 il sınaq müddəti seçilməklə şərti cəza istəyib.
Məhkəmə qərarı ilə Nərgiz Muxtarovaya qarşı 3 il sınaq müddəti tətbiq olunmaqla, 7 il 6 aylıq şərti həbs cəzası verilib.
“QHT işi” üzrə həbslər 2025-ci ilin martından başlayıb. Həmin vaxt Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib. Hazırda onun məhkəmə istintaqı davam edir. Muxtarovaya qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Nərgiz Muxtarova “AbzasMedia işi” üzrə 9 il azadlıqdan məhrum edilmiş AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadənin həyat yoldaşıdır.