Norveçdə yaşayan Hacı Hacılı həbs edilib.
Gununsesi.info-nun yaydığı məlumata görə, Hacı Hacılı bir neçə gün əvvəl Azərbaycana gəlib. Məlumata əsasən, həbs olunduqdan sonra ona Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

Barəsində üç aylıq həbs qətimkan tədbiri seçildiyi bildirilən Hacı Hacılı hazırda Bakı İstintaq Təcridxanasında (Kürdəxanı təcridxanası) saxlanılır.
Rəsmi qurumlar hələlik Hacı Hacılının saxlanılması və irəli sürülən ittihamla bağlı açıqlama verməyiblər.
Hacı Hacılı yazar Günel Mövludun həyat yoldaşı olub.