Almaniyanın paytaxtı Berlində bir qrup siyasi mühacir Azərbaycanda həbs olunmuş 9 jurnalist və 6 nəfər inanclı qadının azadlığı üçün aksiya keçirir. Aksiya təşkilatçıları bildirib ki, məqsəd beynəlxalq ictimaiyyətin diqqətini bu həbslərə yönəltməkdir.
Təşkilatçı Orxan Ağayevin sözlərinə görə, o və digər iştirakçılar aclıq aksiyasına başlayıblar.
Etiraz aksiyasına Müsəlman Birliyi Hərəkatının Avropa Nümayəndəliyinin üzvləri və bir neçə başqa siyasi fəal da qoşulub. Almaniya kansleri Fridrix Mertsin ofisinin qarşısında keçirilən aksiyanın iyunun 25-dək davam etməsi planlaşdırılır.
